XANKƏNDİ ŞƏHƏRİNİN İŞĞALI (1991-Cİ İL 26 DEKABR)

26 Dekabr 1991

Şəhər 26 dekabr 1991-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, separatçı rejim yaradılmışdır.Məhs həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulmuş və 1989-cu ildən soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatmışdır.

1991-ci il dekabr ayının 26-da Xankəndinin itirilməsi,qarşıda Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanın işğalına yol açdı.

Yuxarı Qarabağın mərkəzi, Qarqar çayının sahilində, Qarabağ silsiləsinin Şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşən Xankəndi, Azərbaycanın inkişaf etmiş sənaye mərkəzi idi. Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələri var idi. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, tikinti materilları, sənaye, istehsalat və tədris istehsalat kombinatları belə müəssisələrdən idi.

Tarixi sənədlərə görə Xankəndi şəhəri XVIII əsrin axırlarında, o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının xanlarının istirahət üçün yaşayış məskəni kimi salınmışdır.Elə şəhərin adı da buradan yaranmışdır.1813-cü ilədək bircə nəfər erməninin də yaşamadığı Xankəndində sonralar çar Rusiyası tərəfindən etnik təmzimləmə siyasəti aparılmış və bura İrandan köçürülən ermənilər yerləşdirilmişdir.

SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmzimləmə siyasəti daha da güclənmiş, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılmışdır. 1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşmiş, 6 okytabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılmışdır.Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilmiş, beləliklə də, Xankəndi erməni işğalı altına düşmüşdü.

Keçmiş SSRİ dövründə Xankəndində yaşayan azərbaycanlılar tədricən buradan didərgin salınmışlar.

1988-ci il hadisələri başlayanda Xankəndində erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edirdi. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək artmışdılar.

1988-1989-cu ildə Xankəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi.Moskvanın himayəsilə güclənən erməni separatizmin sonuncu azərbaycanlıları 26 dekabr 1991-ci ildə Xankəndindən qovulmağa nail olmuş, şəhərin işğalı tam başa çatdırılmışdı.

Təəssüf ki, bu gün işğal tarixləri qeyd olunarkən Xankəndinin işğalı bir çox hallarda unudulur.

sat

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top