Çərşənbə axşamı, 24 Yanvar 2017 00:00

15 sentyabr "BİLİK GÜNÜ"

Sentyabrın 15-də  Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdindəki Bakı Turizm Peşə Məktəbində (BTPM) Bilik günü qeyd edilib. Məktəbinin direktoru Neylüfər Kərimova çıxış edərək, məktəbin fəaliyyəti və gələcək planları barədə məlumat verib. Bildirib ki, peşə məktəbinin yaradılmasında məqsəd peşəkar kadrların yetişdirilməsi və turizm sektorunun inkişaf etdirilməsidir. Vurğulayıb ki, bu il peşə məktəbini 420 şagird bitirib və 500 şagird qəbul olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bilik günü münasibətilə kollektivi təbrik edərək, ölkəmizdə təhsilin, turizmin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlardan danışıb. Prezidentin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi təsis edilməsini bu sahəyə olaq diqqətin göstərici kimi qiymətləndirib. Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında turizm sahəsinin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verildiyini deyib.

Read 284 times

sat

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top