Bakı Turizm Peşə Məktəbində "Plov festivalı"

02 İyun 2016

2016-cı il iyunun 2-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Turizm Peşə Məktəbində plov festivalı keçirilib.
Bakıda fəaliyyətə başlayan üçüncü beynəlxalq turizm filmləri festivalı çərçivəsində keçirilən bu festivalda qonaqlara Azərbaycanın əsasən 9 regionuna məxsus plovlar təqdim olunub.
Plov festivalının keçirilməsində məqsəd tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycan mətbəxini təbliğ etməkdən ibarətdir.
Qonaqlara Azərbaycanda  plovun 200-ə yaxın növü olduğundan söhbət açılıb. Tarixən ölkəmizdə çəltikçiliyin geniş əkinindən, ölkəmizdə bişirilən məxsusi milli xörəklərdən də danışılıb. Bir-birinin ardınca Bakı, Şirvan, Quba, Gəncə, Şamaxı, Naxçıvan və Lənkəran plovları təqdim olunub.

sat

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top