Bazar, 13 Noyabr 2016 00:00

BAKI TURİZM PEŞƏ MƏKTƏBİ

AZƏRBAYCAN RESPUBLİKASININ

N A Z İ R L Ə R   K A B İ N E T İ

QƏRAR № 192

Bakı şəhəri, 6 dekabr 2011-ci il

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin

Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması

HAQQINDA

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 1644 nömrəli Sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2011 – ci ilin  "Turizm ili” elan  edilməsi ilə bağlı Tədbirlər Planı”nın 19 hissəsini icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR :

  1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 nömrəli Bakı Peşə Liseyi ləğv edilsin və onun bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılsın.
  2. Bakı Turizm Peşə Məktəbinin 2011-2012-ci tədris ilindən fəaliyyətə başlaması üçün cari ilin sonunadək tələb olunan xərclərin maliyyələşdirilməsi 2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil” bölməsinin müvafiq paraqrafında nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təmin edilsin.
  3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2012-ci ildən başlayaraq Bakı Turizm Peşə Məktəbinin fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin nəzərdə tutulmasını təmin etsin.
  4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansında olan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov  küçəsi 17 ünvanında yerləşən 11 nömrəli Bakı  Peşə Liseyinin 0,9662 ha torpaq sahəsinə malik dörd mərtəbəli  binasının bir hissəsi (6833,5kv.m) ona məxsusu əmlakla  birlikdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansına verilsin.
  5. Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm Nazirliyi:

5.1. Ləğv edilmiş 11 nömrəli Bakı Peşə Liseyinin şagirdlərinin təhsillərinin Bakı Turizm Peşə Məktəbində  başa çatdırılmasını təmin etsin;

5.2. Ləğv edilmiş 11 nömrəli Bakı Peşə Liseyinin   işçi heyətinin ixtisaslarına uyğun işlə təmin olunması ilə bağlı tədbirlər görsün;

5.3. Bakı Turizm Peşə Məktəbinin 2011-2012-ci tədris ilindən fəaliyyətə başlaması üçün digər zəruri tədbirlər həyata keçirsin;   

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın "İlk peşə-ixtisas təhsili müəssisələri” bölməsinin 12-ci hissəsi ləğv edilsin.
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.           

 

 

                                                                                                                                                        Azərbaycan Respublikasının Baş naziri

                                                                                                                                                                                            Artur Rasizadə

Read 125 times

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top