Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir.
Agentlik öz fəaliyyətini turizm sənayesinin bütün üzvlərinin prosesə cəlb olunması, daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması, müvafiq sahəyə aid dövlət proqramlarını və inkişaf konsepsiyalarını hazırlanması, əsas turizm bazarlarının müəyyənləşdirilməsi məqsədi ilə bazar araşdırmaları aparılması, müvafiq ölkə və regionlardan turistlərin cəlb edilməsi üçün təbliğat-təşviqat tədbirlərinin icrası, regionların və ayrı-ayrı şəhərlərinin marketinq və kommunikasiya planlarını hazırlamaq və icrasının təmini, turizm təhsilinin inkişaf etdirilməsi, turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə edilməsi, dövlət-özəl biznes əməkdaşlığının genişləndirilməsi, infrastruktur layihələriylə bağlı yeni inkişaf planlarının hazırlanıb icra olunması, turist məmnunluğunun artırılması, turistlərin qalma müddətinin uzadılması və mövsümiliyin aradan qaldırılması üçün yeni turizm məhsullarının işlənib hazırlanması, ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması kimi prioritet sahələr üzrə qurur.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən Fuad Hümbət oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri təyin edilib.
İstinad edilib: https://tourism.gov.az
http://btpm.edu.az/indekh/itemlist#sigProId54845f02d0
http://btpm.edu.az/indekh/itemlist#sigProId422ce357f6
“Təhsil alan Gənc Kulinarların III Şirniyyat Festivalı”
29 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində keçirilən “Təhsil alan Gənc Kulinarların III Şirniyyat Festivalı”nda Bakı Turizm Peşə Məktəbi I yerə layiq görülmüş və diplomla təltif olunmuşdur.
http://btpm.edu.az/indekh/itemlist#sigProId0fe3efa460
"20 YANVAR-ÜMÜMXALQ HÜZN GÜNÜ"
17 yanvar 2020-ci il tarixində Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə kollektivi "20 YANVAR-ÜMÜMXALQ HÜZN GÜNÜ"nün otuzuncu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmişlər.
http://btpm.edu.az/indekh/itemlist#sigProIdc62f897766
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
12 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əməkdaşları, Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə heyəti Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə "Fəxri Xiyaban"da məzarını ziyarət etmişlər.
http://btpm.edu.az/indekh/itemlist#sigProId70705b681b
http://btpm.edu.az/indekh/itemlist#sigProId70705b681b
“Azərbaycan Turizm Sammiti 2019”
29 noyabr 2019-cu il tarixində keçirilən "Azərbaycan Turizm Sammiti"ndə Bakı Turizm Peşə Məktəbinin 200-ə yaxın müəllim və tələbə heyəti iştirak etmişdir.
http://btpm.edu.az/indekh/itemlist#sigProIdf4235a1625