ELEKTRON SƏNƏD QƏBULU
2020/2021-Cİ TƏDRİS İLİ
Təhsil müddəti 1 ildir Ödənişli ixtisaslarda təhsil haqqı 500 AZN-dir (250 sentyabr, 250 yanvar)
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Yüklə
Yüklə
Yüklə
Yüklə
QEYD: Tibbi arayış (forma-86) sentyabrın 1-dən 10-na kimi təqdim edilməlidir
Çərşənbə, 17 İyun 2020 00:00

DÖVLƏT TURİZM AGENTLİYİ

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir.

Agentlik öz fəaliyyətini turizm sənayesinin bütün üzvlərinin prosesə cəlb olunması, daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması, müvafiq sahəyə aid dövlət proqramlarını və inkişaf konsepsiyalarını hazırlanması, əsas turizm bazarlarının müəyyənləşdirilməsi məqsədi ilə bazar araşdırmaları aparılması, müvafiq ölkə və regionlardan turistlərin cəlb edilməsi üçün təbliğat-təşviqat tədbirlərinin icrası, regionların və ayrı-ayrı şəhərlərinin marketinq və kommunikasiya planlarını hazırlamaq və icrasının təmini, turizm təhsilinin inkişaf etdirilməsi, turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə edilməsi, dövlət-özəl biznes əməkdaşlığının genişləndirilməsi, infrastruktur layihələriylə bağlı yeni inkişaf planlarının hazırlanıb icra olunması, turist məmnunluğunun artırılması, turistlərin qalma müddətinin uzadılması və mövsümiliyin aradan qaldırılması üçün yeni turizm məhsullarının işlənib hazırlanması, ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması kimi prioritet sahələr üzrə qurur.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən Fuad Hümbət oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri təyin edilib.

İstinad edilib: https://tourism.gov.az

Read 238 times

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top