ELEKTRON SƏNƏD QƏBULU
2020/2021-Cİ TƏDRİS İLİ
Təhsil müddəti 1 ildir Ödənişli ixtisaslarda təhsil haqqı 500 AZN-dir (250 sentyabr, 250 yanvar)
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Yüklə
Yüklə
Yüklə
Yüklə
QEYD: Tibbi arayış (forma-86) sentyabrın 1-dən 10-na kimi təqdim edilməlidir

AZƏRBAYCAN RESPUBLİKASININ QURTULUŞ GÜNÜ

15 İyun 2020

    Azərbaycan xalqının qurtuluş günüAzərbaycan Respublikasında rəsmi bayramlardan biridir və  1997-ci ilin 15 iyun günündən bayram elan edilib.

    1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.

    Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Qurtuluş Günü kimi daxil oldu.

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top