BARMEN, OFİSİANT

BARMEN, OFİSİANT

 Barmen, ofisiant−gigiyenik norma, xüsusi texnologiya və təhlükəsizlik qaydalarına riayət edərək, bar, mehmanxana və ya restoranda qəlyanaltıları,  kokteyl, spirtli və spirtsiz içkiləri müxtəlif tərtibatda hazırlayıb qonaqlara təqdim edən, eləcə də inventarizasiya və mühasibatlığa görə məsuliyyət daşıyan xidmət işçisidir.

Ofisiant- ictimai iaşə, məişət və digər xidmət sahərində qonaqları qarşılayan, masasını hazırlayan, yemək və içki menyularını təqdim edən, sifarişləri qəbul edən, qonaqların hər bir suallarını cavablandıran, sifariş olunan yemək və içkiləri masaya düzən, təfərrüatlı qəbz hazırlayıb ödənişi qəbul edən, müştəri və mətbəx arasında vasitəçi rolunu oynayan  xidmət işçisidir.

"Barmen, ofisiant" ixtisası qrupunun tələbələri respublikamızın qabaqcıl otel, restoran və digər ictimai iaşə obyektlərində (""Four Seasons", "Baku Bulvar", "JW Marriott- Absheron Baku", "Qafqaz Baku City", "Hilton Baku", "Holiday İnn Baku", "Royal", "Hyatt Regency Baku", "Jumeriah Baku Beach", "Ambassador", "Bosfor", "Karvansaray", "Köhnə Şəhər", "Manqal", "Neopol", "İçərişəhər" və s.) istehsalat təcrübə keçirlər.

 

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top