2018/2019-cu tədris ili üçün tələbə qəbulu

Bakı Turizm Peşə Məktəbi Azərbaycan Respublikasında
Turizm və digər xidmət sahələrini peşəkar kadrlarla təmin etmək məqsədi ilə aşağıda qeyd olunan ixtisaslar üzrə

2018/2019-cu Tədris ili üçün Tələbə Qəbulu Elan Edir.

İxtisaslar:
1. Turizm agenti (ödənişsiz və ödənişli)
2. Mehmanxana qeydiyyatçısı (ödənişsiz)
3. Yerli Bələdçi (turizm üzrə) (ödənişsiz)
4. Kompyuter üzrə operator (ödənişli)
5. Kompyuter üzrə operator, dizayner (ödənişli)
6. Mühasib (ödənişli)
7. Əməliyyatçı mühasib (ödənişli)
8. Aşpaz (ödənişli)
9. Qənnadçı, şirniyyatçı (ödənişli)
10. Barmen, ofisiant (ödənişsiz)
11. Bərbər – kişi və qadın (ödənişli)
12. Bərbər-vizajist, manikürçü (ödənişli)

Məktəbə ümumi orta təhsil (9 illik) və tam orta təhsil bazasını (11 illik) bitirmiş, yaşından asılı olmayan şəxslər qəbul edilir.
Dərslər Azərbaycan və Rus dillərində tədris olunur.
Ödənişli ixtisaslarda təhsil haqqı 400 AZN təşkil edir.
Təhsil müddəti 1 ildir (15 sentyabr 2018-ci il – 30 iyun 2019-cu il).
Qəbul müsahibə yolu ilə aparılır.

Bakı Turizm Peşə Məktəbinə qəbul olmaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır.


1. Təhsil haqqında sənəd (əsli və surəti) Şəhadətnamə və ya attestat
2. Yaşayış yerindən arayış
3. Tibbi arayış f - 086
4. 3x 4 ölçüdə - 5 ədəd şəkil
5. Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə (əsli və surəti)


Ünvan: Bakı şəh. 8 mkr., Cəfər Xəndan küçəsi 17. (Zirvə şadlıq sarayının yanı)
Tel: (012) 561-97-87, 561-79-52
Marşrutlar: “Elmlər Akademiyası” metro stansiyasından 6 saylı,
“Gəncilik” metro stansiyasından 26, 202, 3 saylı,
“Azadlıq” və “28 May” metro stansiyasından 88 və 8 saylı BakuBus

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top